Qazaxıstan 2050-ci ilə qədər nüvə sənayesini inkişaf etdirəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin atom sənayesinin 2050-ci ilə qədər inkişaf strategiyasını təsdiqləyib.

Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Atom Enerjisi Agentliyi məlumat yayıb.

Bildirilib ki, strategiyanın əsas məqsədi ölkədə müasir və dayanıqlı nüvə klasterinin formalaşdırılması, həmçinin onun qlobal nüvə ekosisteminə inteqrasiyasını təmin etməkdir. Sənəd həmçinin Qazaxıstanın enerji və texnoloji müstəqilliyinin gücləndirilməsinə xidmət edəcək.

Agentlikdən qeyd olunub ki, milli atom sənayesinin inkişafı üçün nüvə energetikası və sənayesi, nüvə elmi və tətbiqi texnologiyalar, tullantıların idarə olunması və təhlükəsizlik sistemləri üzrə klasterlərin yaradılması imkanları nəzərdən keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31