ABŞ və İran arasında 20 milyard dollarlıq gizli sövdələşmə hazırlığı – ÖZƏL
18:20 DünyaOlaylar.az xəbər verir ki, "Axios" nəşrinin ABŞ rəsmilərinə və danışıqlardan xəbərdar olan mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton və Tehran müharibəyə son qoymaq üçün üçsəhifəlik plan üzərində müzakirələr aparır.
Razılaşmanın əsas şərtlərindən biri kimi, İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi müqabilində ABŞ-nin dondurulmuş 20 milyard dollar həcmindəki İran vəsaitini sərbəst buraxması nəzərdə tutulur. Bu həftə danışıqlarda müəyyən irəliləyişin olduğu bildirilsə də, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları qalmaqdadır. Belə bir sazişin regionda gərginliyi azaldacağı gözlənilsə də, İranla bağlı sərt xətt tərəfdarlarının kəskin etirazına səbəb ola biləcəyi ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31