Tina Bokuçava: "İvanişvili Putinin Gürcüstanla bağlı tapşırıqlarını əla yerinə yetirir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının sədri Tina Bokuçava, Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın Gürcüstanın Avropa İttifaqına inteqrasiyasının iqtisadi zərərləri barədə xəbərdarlığına kəskin reaksiya verib. Bokuçava bildirib ki, Zaxarovanın gizli mesajı Gürcüstanın Aİ və NATO əvəzinə MDB və Avrasiya İttifaqına daxil olmasıdır.

Müxalif liderin sözlərinə görə, ölkəni idarə edən Bidzina İvanişvili faktiki olaraq Gürcüstanı Avropa perspektivindən məhrum edərək Kremlin strateji hədəflərini reallaşdırır: "İvanişvili Zaxarovanın və onun sahibi Vladimir Putinin bu tapşırığını "beş"lə yerinə yetirir".

Bokuçava həmçinin Baş nazir İrakli Kobaxidzenin Antalya Diplomatik Forumundakı çıxışlarını tənqid edərək, mövcud rejimin ölkəni beynəlxalq təcriddə qoyduğunu vurğulayıb. 

O qeyd edib ki, hakimiyyətin milli maraqlardan uzaq siyasəti və absurd bəyanatları vətəndaşların rifahına ciddi zərbə vurur. Xatırladaq ki, Kobaxidze forumda beynəlxalq təşkilatların ölkələrin suverenliyi üçün çağırışlar yaratdığını iddia etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31