"Tarif müharibələrində qalib yoxdur." Çin Xarici İşlər Nazirliyi Trampın təhdidləri barədə- ÖZƏL
11:59 DünyaÇin tarif müharibələrinin qalibi olmadığı fikrini dəstəkləyir. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə bildirib.
O, ABŞ prezidenti Donald Trampın Pekinin Tehrana kömək edəcəyi təqdirdə Çin mallarına əlavə 50% tarif tətbiq etməklə bağlı təhdidini şərh edərkən bildirib: "Çinin bu məsələ ilə bağlı mövqeyi tamamilə aydındır - tarif müharibələrində qalib yoxdur".
Tramp daha əvvəl bildirmişdi ki, ABŞ İrana hərbi yardım göstərərsə, Çinə qarşı 50% tarif tətbiq edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31