Rusiya Cənubi Qafqaz uğrunda mübarizədə: Ermənistandakı seçkilər həlledici mərhələ kimi – ÖZƏL
10:58 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın "RBK" kanalının "İzahlı briqada" proqramında postsovet məkanı uğrunda gedən rəqabət fonunda Cənubi Qafqazın, xüsusilə Ermənistandakı siyasi proseslərin Moskva üçün strateji əhəmiyyəti təhlil edilib.
Qeyd olunub ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi kursunu və baş nazirin kimliyini müəyyən edəcəyi üçün Rusiya tərəfindən yaxından izlənilir. Rəsmi İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma cəhdləri fonunda Rusiya Prezidenti Vladimir Putinin Nikol Paşinyana Aİ və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməyin qaçılmaz olduğu barədə mesaj verdiyi vurğulanır.
Analitiklər hesab edir ki, seçki marafonunda ciddi rəqabətlə üzləşəcək Paşinyanın hakimiyyətini qorumaq şansı olsa da, Rusiyanın bölgədəki nüfuzunu bərpa etmək üçün erməni cəmiyyətindəki anti-Rusiya meyilləri ilə işləməsi zəruridir. Xüsusilə Qarabağ müharibəsi zamanı Rusiya və KTMT-nin Ermənistana kömək etmədiyi barədə formalaşmış ictimai rəy hazırda ölkədəki geosiyasi oriyentasiyanın dəyişməsinə təsir edən əsas faktor kimi qiymətləndirilir.