İslamabad danışıqlarında İranın dondurulmuş pulları müzakirə olunub
09:21 DünyaTehranın dondurulmuş aktivləri məsələsi Pakistanda ABŞ və İran nümayəndələri arasında məsləhətləşmələr zamanı qaldırılıb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ-ın vitse-prezidenti J.D. Vens danışıqlardan sonra jurnalistlərə açıqlayıb: "Biz bütün bu məsələlər və bir sıra digər mövzular barədə danışdıq. Beləliklə, təbii ki, bu mövzu da qaldırılıb".
Qeyd edək ki, bir müddət əvvəl Reuters agentliyi İran mənbəsinə istinadən Vaşinqtonun Qətər və digər ölkələrdəki banklarda dondurulmuş İran aktivlərinin dondurulmasının ləğvinə razılıq verdiyinə dair məlumat yayıb. ABŞ hakimiyyəti daha sonra bunu təkzib edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31