"Laricani sonuncu şans idi" - ABŞ-dən ŞOK ETİRAF

ABŞ-nin Terrorizmlə Mübarizə Milli Mərkəzinin sabiq rəhbəri Cozef Kentin sözlərinə görə, İran siyasətinin veteranı, parlamentin keçmiş sədri və Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani beynəlxalq birliyin danışıqlar apara biləcəyi yeganə şəxs olub.

Musavat.com xəbər verir ki, Qərb mediasında Laricani kompromisə nail olmağı bacaran "sonuncu danışıqçı" kimi xarakterizə edilirdi.

Kent iddia edir ki, İsrail dialoq kanallarını şüurlu şəkildə məhv edib.

O, jurnalist Taker Karlsona müsahibəsində "İsrail rəsmilərinin dedikləri kəşfiyyat məlumatlarını əks etdirmirdi" deyə bildirib. Siyasətçi əlavə edib ki, İranın ABŞ üçün birbaşa təhlükə yaratmamasına baxmayaraq, İsrail lobbisi müharibə qərarını "təzyiqlə qəbul etdirib".

Onun sözlərinə görə, nə "Epik Qəzəb" hərbi əməliyyatı başlayanda, nə də 2025-ci ilin iyununda ABŞ-nin respublikanın nüvə obyektlərinə zərbələr endirməsindən əvvəl Tehran nüvə silahı əldə etmək həddində olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31