Paşinyandan “Ararat” QADAĞASI: Universitetin loqosundan da SİLİNİR

Ermənistan hakimiyyəti ölkənin Milli Politexnik Universitetinin rəsmi loqosunun dəyişdirilməsi barədə göstəriş verib.Musavat.com erməni mediasına istinadən xəbər verir ki, mövcud loqotipdə təsvir olunan Masis ("Ararat") və Sis dağlarının görüntüləri rəmzlərdən çıxarılacaq.Məlumata görə, loqotipin dəyişdirilməsi prosesinə hələ yanvar ayından başlanılıb və ali təhsil müəssisəsinə bu işi tədris ilinin sonuna qədər yekunlaşdırmaq tapşırılıb.Universitet rəhbərliyindən məsələ ilə bağlı hər hansı şərh almaq mümkün olmayıb.Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, ölkənin suveren ərazisindəki ən hündür zirvə "Ararat" deyil, məhz Alagöz (Araqats - 4090 m) dağıdır.Xatırladaq ki, 2025-ci ilin sentyabrında hökumət sərhədkeçmə ştamplarından da "Ararat" təsvirinin silinməsi barədə qərar qəbul edib. "Dövlət sərhədi rejimi haqqında" 2011-ci ilin may ayına aid qərara müvafiq dəyişikliklər sentyabrın 11-də təsdiqlənib."Ararat" təsviri olmayan yeni möhürlər ötən ilin noyabrın 1-dən etibarən rəsmi olaraq qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31