İrandan bu ölkəyə qaz tədarükü tamamilə dayandırıldı

İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə İraqın Elektroenergetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, İranın qaz infrastrukturuna edilən hücumdan sonra qaz tədarükünün dayandırılması İraq elektrik şəbəkəsində 3 min meqavat enerjinin itirilməsinə səbəb olub.

Nazirliyin sözçüsü Əhməd Musa əl-Abadinin sözlərinə görə, qaz nəqli həcmi sıfra düşüb və bu, elektrik istehsalına ciddi zərbə vurub, elektrik sistemi pozulub və səlahiyyətli qurumlar yaranan çatışmazlığı aradan qaldırmaq üçün təcili tədbirlər görürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31