Zaxarova Ermənistan Baş nazirinin Avropa İttifaqına inteqrasiya ideyasına cavab verdi
20:41 Dünya"Moskva Ermənistan rəhbərliyinin Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində öhdəliklərinə sadiq qalacağını gözləyir".
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin Avropa İttifaqına inteqrasiyaya sadiqliyini təsdiqləyən son açıqlamasını şərh edərkən bildirib.
"Ümid edirik ki, dəfələrlə bizə AİB çərçivəsində əməkdaşlığı dayandırmayacağına və Rusiya biznesi üçün maneələr yaratmayacağına söz verən Ermənistan rəhbərliyi öz öhdəliklərinə ciddi şəkildə əməl etməyə davam edəcək. Yə ya mövqeyini aydınlaşdıracaq ki, bunu etmək hüququ da var".
Zaxarova qeyd edib ki, Ermənistan hökumətinin Avropa standartlarının tətbiqində marağı qəribə görünür, çünki onların hazırlanması zamanı Yerevanın rəyi nəzərə alınmayıb.