NATO ölkələri Hörmüz boğazının açılması ilə bağlı məsləhətləşmələr aparır
19:26 DünyaNATO ölkələri Hörmüz boğazının açılması ilə bağlı məsləhətləşmələr aparır.
Olaylar.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Norveçə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz məsləhətləşmələr aparırıq. NATO ölkələri Hörmüz boğazının necə açılacağını kollektiv şəkildə müzakirə edirlər", - deyə Rutte bildirib.
O, NATO ölkələrinin münaqişə zonasına gəmi göndərib-göndərməyəcəyini açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31