İran Səudiyyə Ərəbistanı və BƏƏ-dəki enerji obyektlərinə hücumla bağlı xəbərdarlıq etdi

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) yaxın saatlarda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft və qaz obyektlərinə hücum etmək niyyətində olduqlarını açıqlayıb.

Olaylar.az xəbər verir ki, İran dövlət televiziyası bu barədə məlumat yayıb.

Bildirilir ki, bu obyektlər yaxın saatlarda hərbi zərbələrə məruz qalacaq:

"Zərbələr Səudiyyə Ərəbistanındakı "Cübeyl" neft emalı zavoduna, BƏƏ-dəki "Əl-Hüsn" qaz yatağına, eləcə də "Ras Laffan" neft emalı zavoduna və Qətərin Mesaid şəhərindəki "Chevron" ilə əlaqəli neft-kimya kompleksinə endiriləcək".

Qeyd edək ki, İran tərəfi obyektlərə yaxın ərazilərdəki bütün personal və yerli sakinlərin təxliyə olunmasını istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31