Daha bir fenomen saxlanıldı
14:46 Dünya"Testo Taylan" ləqəbi ilə tanınan Taylan Özgüç Danyıldız haqqında cinayət işi açılıb.
Axşam.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu sosial şəbəkədə paylaşdığı video səbəbilə fenomen barəsində araşdırma başladıb. İstintaq çərçivəsində Taylan Özgüç Danyıldız saxlanılıb.
Məlumata görə, ona qarşı iki ayrı maddə - xalqı kin və düşmənçiliyə təhrik və əxlaqsız məzmun yayma ittihamları irəli sürülüb.
Məsələ ilə bağlı istintaq davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31