Krımın Rusiyaya birləşdirildiyi gün Putin Nazirlər Kabineti ilə bölgənin inkişafını müzakirə edəcək- ÖZƏL
14:34 DünyaKrımın Rusiya Federasiyasına birləşməsinin ildönümündə Rusiya Prezidenti Vladimir Putin regionda videokonfrans qurğularının açılışında iştirak edəcək və Krım və Sevastopolun sosial-iqtisadi inkişafı ilə bağlı hökumət üzvləri ilə görüş keçirəcək. Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin sözçüsü bildirib ki, "Bu gün əlamətdar bir gündür - Krım və Sevastopolun Rusiyaya birləşməsi. Bu münasibətlə bu gün Krım və Sevastopolda tikilmiş bir sıra yeni obyektlərin videokonfrans vasitəsilə açılışı, eləcə də hökumət üzvləri ilə görüş planlaşdırılır. Görüşdə Krım və Sevastopolun sosial-iqtisadi inkişafı əsas məsələ olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31