Ermənistan naziri: "Azərbaycan benzini Avropa yanacağı adı ilə satıla bilməz" – ÖZƏL
14:32 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan ölkədəki yanacaq bazarında yol verilən saxtakarlıqlarla bağlı xəbərdarlıq edib. Nazir bəzi şirkətlərin Azərbaycandan gətirilən yüksək keyfiyyətli benzini "Avropa yanacağı" kimi təqdim edərək istehlakçıları aldatdığını bildirib.
Nazir qeyd edib ki, şirkətlər yanacağın mənşəyini gizlətməməli və onun Azərbaycan benzini olduğunu açıq şəkildə bəyan etməlidirlər.
Papoyan yalan məlumatla satış edilməsinə icazə verilməyəcəyini və nazirliyin bu məsələdə qətiyyətli olduğunu vurğulayıb. Nazir həmçinin son iki ildə itkilərin olmamasını yüksək qiymətləndirərək, gələcək nəsillərin təhlükəsizliyi üçün sülhün qorunmasının vacibliyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31