Bağdadda diplomatik nümayəndəliklərin mühafizəsi gücləndirildi- ÖZƏL 

İraq hakimiyyəti paytaxt Bağdadda yerləşən xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə tədbirlər həyata keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə Bağdad əməliyyatlar komandanı Vəlid Xəlifə məlumat verib. Onun sözlərinə görə, görülən tədbirlər çərçivəsində hərbi hissələr yerləşdirilib və bütün səfirliklərin, diplomatik nümayəndəliklərin mühafizəsi gücləndirilib.
"Bir sıra tədbirlər qəbul olunub, o cümlədən hərbi bölmələr yerləşdirilib və bütün diplomatik nümayəndəliklərin qorunması təmin edilib", - deyə o bildirib.
Komandan əlavə edib ki, hazırda Bağdadda vəziyyət sabit və təhlükəsiz olaraq qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31