Ermənistanın yeni Konstitusiyası hazırdır: "Müstəqillik Bəyannaməsi" müəmması – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiya mətninin hazır olduğunu, lakin sənədin preambula (giriş) hissəsinin hələ tərtib edilmədiyini açıqlayıb. Yeni mətndə Azərbaycanın sülh müqaviləsi üçün əsas şərt kimi qoyduğu "Müstəqillik Bəyannaməsi"nə istinadın qalıb-qalmayacağı hələlik qeyri-müəyyəndir.

Nazir qeyd edib ki, sənədin tam mətni iyun ayında keçiriləcək parlament seçkilərinə qədər ictimaiyyətə təqdim oluna bilər. Baş nazir Nikol Paşinyan daha əvvəl bəyan etmişdi ki, Konstitusiyada Bəyannaməyə istinadın olması gələcəkdə münaqişə riskləri yaradır

Hazırda layihə hakim "Mülki Müqavilə" partiyasının rəhbərliyində müzakirə mərhələsindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31