Zelenski Trampa hədiyyə edəcəkdi: görün kimə qismət oldu
13:14 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı zamanı amerikalı həmkarı Donald Trampa hədiyyə vermək istəyib.Globalinfo.az xəbər verir ki, bu barədə "Financial Times" qəzetinin jurnalisti Kristofer Miller məlumat yayıb.O bildirib ki, Zelenski Ukraynadakı döyüşlərin gedişatını izləyən "iPad" hədiyyə etmək istəsə də, Tramp tədbirdə iştirak etməyib."Düzünü desəm, mən bunu Münxendə Trampa vermək istəyirdim. Niyə? Çünki "iPad"imdə hansı hücumların baş verdiyini dərhal görə bilirəm - dronlar, raketlər və sair", - deyə Zelenski Londondakı çıxışı zamanı bildirib.Ukrayna lideri daha sonra bu planşeti Böyük Britaniya Kralı III Çarlza təqdim edib.Qeyd edək ki, V.Zelenski martın 17-də Londona gedib və Bukinqem Sarayında III Çarlzla görüşüb.