Baqrat Qalstanyan məhkəməyə verildi: Mülkiyyət hüququna xitam verilməsi tələb olunur – ÖZƏL

Ermənistan Baş Prokurorluğu arxiyepiskop Baqrat Qalstanyana qarşı Korrupsiyaya Qarşı Mübarizə Mülki Məhkəməsində iddia qaldırıb.

Olaylar.az xəbər verir ki, "DataLex" hüquqi məlumat sisteminin yaydığı məlumata görə, prokurorluq Baqrat Qalstanyanın mülkiyyət hüququna xitam verilməsini tələb edir. İddia sənədində söhbətin konkret olaraq hansı əmlakdan getdiyi hələlik açıqlanmır.

İş üzrə ikinci cavabdeh qismində "Converse Bank" çıxış edir. Ötən gün məhkəməyə təqdim olunan iddia araşdırılması üçün hakim Lili Drmeyana həvalə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31