İran: “Müharibədən sonra ABŞ-ın Yaxın Şərqdə yeri qalmayacaq” ÖZƏL

İran hesab edir ki, ABŞ-la baş verən müharibədən sonra Vaşinqtonun Yaxın Şərqdə mövcudluğu faktiki olaraq sona çatacaq. Olaylar.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya dövlət televiziyasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-ın bölgədə qurduğu hərbi və siyasi sistem artıq dağılıb: "ABŞ-ın mövcudluğuna əsaslanan regional nizam çöküb. Onların infrastrukturunun böyük hissəsi məhv edilib. Amerikalılar hətta öz bazalarını belə qoruya bilmədilər".
Əkrəminiya vurğulayıb ki, müharibədən sonra Yaxın Şərq tamamilə dəyişəcək və bu yeni reallıqda ABŞ üçün yer olmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31