Paşinyana sərt ittiham: “Özü müharibəyə aparan addımlar atdığını etiraf edir” – ÖZƏL
12:13 DünyaErməni analitik Argişti Kiviryanın sözlərinə görə, Baş nazir Nikol Paşinyanın "hədiyyə edilən kitab müharibəyə təhrik edir" fikri onun öz siyasətinə etiraf kimi qiymətləndirilə bilər.
Olaylar.az xəbər verir ki, NEWS.am-a müsahibəsində Kiviryan bildirib ki, Paşinyan 2018-2020-ci illərdə atdığı məsuliyyətsiz addımlarla müharibəni yaxınlaşdırıb və nəticədə erməni tərəfi Qarabağı itirib, hərbi itkilər artıb.
Analitik qeyd edib ki, keçmiş hakimiyyətin də səhvləri olsa da, əsas məsuliyyət indiki hökumətin üzərindədir. Onun sözlərinə görə, 2016-cı il aprel hadisələrindən sonra müharibə riskinin artdığı aydın idi və bu müddətdə həm diplomatik yolla gərginliyi azaltmaq, həm də hərbi hazırlığı gücləndirmək mümkün idi.
Kiviryan əlavə edib ki, Paşinyanın hakimiyyətdə olduğu iki il ərzində ordunun yenidən qurulması, silahlanma və strateji planlaşdırma sahəsində ciddi addımlar atılmalı idi.