Zaxarova: Rusların İrana rəğbətinin məsxərəyə qoyulması təxribatdır- ÖZƏL
12:08 DünyaMariya Zaxarova rusların İran xalqına göstərdiyi rəğbətin bəzi dairələr tərəfindən istehza ilə qarşılanmasını "xarici agentlərin təxribatı" kimi qiymətləndirib.
Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, bu cür yanaşmalar cəmiyyətdə humanist hissləri gözdən salmağa yönəlib. O, xüsusilə Minab şəhərində məktəbə edilən hücumu xatırladaraq qeyd edib ki, həmin hadisə nəticəsində yüzdən çox uşaq həyatını itirib.
Diplomatın sözlərinə görə, Rusiyada insanlar baş verən faciəyə biganə qalmayıb, Moskvadakı İran səfirliyinə gül və oyuncaqlar apararaq həlak olan uşaqların xatirəsini yad ediblər. Zaxarova vurğulayıb ki, bu, sadə insanların səmimi mərhəmət və həmrəylik hissinin göstəricisidir. O əlavə edib ki, bəzi şəxslər bu jesti təhrif edərək sosial şəbəkələrdə məsxərəyə qoymağa çalışıblar. Onun fikrincə, bu cür davranışlar qəsdən təşkil olunmuş və təxribat xarakteri daşıyır.
Zaxarova bildirib ki, belə addımların məqsədi cəmiyyət daxilində parçalanma yaratmaq və insani dəyərləri gözdən salmaqdır.