"Ləyaqət gücsüz olduqda xülyadır" – Arman Tatoyan sülhün şərtini açıqladı – ÖZƏL
11:49 Dünya"Vahidlik qanadları" siyasi təşəbbüsünün rəhbəri və Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan baş nazirliyə namizəd kimi əsas hədəfinin ölkədə real sülhün bərqərar olması olduğunu bəyan edib.
Olaylar.az xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.
Tatoyan qeyd edib ki, sülhə nail olmağın yolu yalnız milli gücdən keçir: "Sülh yalnız o zaman mümkündür ki, sən güclü olasan və özünü müdafiə edə biləsən. Başqalarının iradəsindən asılı olan sülh, əsl sülh deyil. Gücə söykənməyən ləyaqət isə sadəcə xülyadır." (?)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31