Merz Avropa Birliyini tənqid edir: Berlin daha müstəqil siyasətə yönəlir ÖZƏL
11:36 DünyaOlaylar.az xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, Almaniya kansleri Fridrix Merz son dövrlərdə Avropa Birliyi ilə bağlı narazılığını daha açıq şəkildə ifadə edir və Berlinin Brüssellə razılaşdırmadan daha müstəqil siyasət aparmasının tərəfdarı kimi çıxış edir. Məlumata əsasən, kansler xüsusilə Avropa Birliyindəki bürokratik mexanizmləri tənqid edir və hesab edir ki, bu amil Almaniya iqtisadiyyatının inkişafını ləngidir. O, bəzi məsələlərdə ümumavropa konsensusunu gözləmədən addımlar atmağın zəruri ola biləcəyini də istisna etmir. Agentlik qeyd edir ki, Merzin bu mövqeyi xüsusilə onun Vaşinqtona səfəri zamanı özünü göstərib. Belə ki, o, ABŞ prezidenti Donald Tramp tərəfindən İspaniyaya yönələn tənqidlərə dəstək verib və Avropa Birliyi üzrə müttəfiqini müdafiə etməyib.
Eyni zamanda bildirilir ki, milli hökumətlərlə Avropa institutları arasında gərginlik fonunda bu cür çıxışlar daha da aktuallaşır. Bu prosesə Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən hadisələr və transatlantik münasibətlərdəki dəyişikliklər də təsir göstərir.