ABŞ-da siyasi gərginlik artır: İranla münaqişə administrasiyanı böhranla üz-üzə qoyur- ÖZƏL
10:55 DünyaABŞ-da hakimiyyət daxilində siyasi narahatlıq dərinləşir. Olaylar.az xəbər verir ki, "The American Conservative" jurnalının köşə yazarı Endryu Dey bildirib ki, prezident Donald Tramp administrasiyası fevral ayında başlayan Amerika-İsrail hücumları fonunda ciddi siyasi böhranla qarşılaşa bilər. Analitikin sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələr nəticəsində neft qiymətlərinin artması qlobal iqtisadiyyatda resessiya riskini artırır. Bu isə ən çox ABŞ-da fəhlə təbəqəsinə mənfi təsir göstərəcək.
Dey vurğulayıb ki, sosial-iqtisadi vəziyyətin pisləşməsi seçicilərin narazılığına səbəb olacaq və onlar məsuliyyəti Tramp administrasiyasının üzərinə qoyaraq qarşıdakı seçkilərdə Respublikaçılar Partiyasını cəzalandıra bilərlər.
Ekspert həmçinin qeyd edib ki, İrana qarşı sərt siyasət artıq bir sıra nüfuzlu şəxslərin də mövcud administrasiyadan uzaqlaşmasına gətirib çıxarır. Onun fikrincə, ənənəvi respublikaçılar arasında dəstəyin azalması və müstəqil seçicilərin uzaqlaşması həm builki aralıq seçkilərdə, həm də 2028-ci il seçkilərində Respublikaçılar Partiyası üçün ciddi məğlubiyyətlə nəticələnə bilər.