Yaxın Şərqdə səhiyyə obyektlərinə hücumlar pisləndi- ÜST-dən sərt bəyanat ÖZƏL
10:24 DünyaÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdə davam edən münaqişə fonunda səhiyyə müəssisələrinə edilən hücumları kəskin şəkildə pisləyib. Təşkilatın Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balxi bildirib ki, münaqişə zamanı xəstəxana və digər tibbi obyektlərin hədəfə alınması "qəbuledilməz və faciəvidir". Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, səhiyyə işçiləri beynəlxalq hüquqa əsasən hər zaman qorunmalıdır.
Balxi qeyd edib ki, xüsusilə Livan ərazisində səhiyyə sistemi ciddi zərər görüb. Nəticədə əhali keyfiyyətli qida və təmiz suya çıxışda çətinliklərlə üzləşir, tibbi xidmətlərin göstərilməsində isə fasilələr yaranıb.
Bundan əvvəl İran hökumətinin nümayəndəsi Fateme Mohacerani açıqlayıb ki, ABŞ və İsrail silahlı qüvvələrinin zərbələri nəticəsində ölkədə azı 100 tibb müəssisəsi hücuma məruz qalıb. Hadisələr zamanı ən azı 11 tibb işçisinin həlak olduğu bildirilir.
ÜST beynəlxalq ictimaiyyəti səhiyyə obyektlərinin və tibb personalının qorunması üçün təcili tədbirlər görməyə çağırıb.