Almaniya rəsmisi: "Gürcüstan artıq yalnız kağız üzərində namizəd ölkədir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Günter Krixbaum Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesindəki ciddi geriləməsindən narahatlığını ifadə edib. Nazir bildirib ki, Gürcüstanın irəliləməsi üçün Avropa dəyərlərini bölüşməsi, demokratiyanı, söz və mətbuat azadlığını qoruması şərtdir. Hazırda ölkədə bu prinsiplər təmin olunmur.

Nazirin sözlərinə görə, Gürcüstan əvvəllər bu yolda ön sıralarda olsa da, hazırkı geriləmə xüsusilə üzvlük həvəsində olan gənclər üçün kədərlidir. 

Avropa komissarı Marta Kosun hesabatına istinad edən Krixbaum qeyd edib ki, Gürcüstan artıq yalnız kağız üzərində namizəd ölkədir.
Nazir vurğulayıb ki, Aİ yolunda yenidən irəliləmək yalnız rəsmi Tbilisinin atacağı demokratik addımlardan asılıdır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31