Əraqçi region ölkələrinə xəbərdarlıq etdi: Əgər bu baş verərsə…
07:35 DünyaTehran ABŞ və ya İsrailin İrana hücum etməsinə icazə verən istənilən ölkəni qanuni hədəf hesab edəcək.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O qeyd edib ki, bu məsələ İranın təhlükəsizliyi və Yaxın Şərqdə davam edən münaqişə ilə əlaqədardır.
Xatırladaq ki, İsrail, ABŞ və İran arasında gərginlik 28 fevraldan bəri artmaqdadır. İran dəfələrlə İsrailə, eləcə də bir çox Yaxın Şərq ölkələrinə hücum edib.
İran hakimiyyəti hücumların Amerika hərbi bazalarını hədəf aldığını iddia edib. Yaxın Şərq dövlətləri İranın hərəkətlərini tənqid edib. BƏƏ ölkədəki səfirliyini bağlayıb və səfirini geri çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31