Üsyan başlasa, hamısı öldürüləcək – İranla bağlı inanılmaz

İsrail açıq şəkildə iranlıları üsyana çağırır, lakin rəsmilər belə bir ssenari baş verərsə, etirazçıların hər birinin öldürülməsinə gizli şəkildə icazə veriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən məlumat yayıb.

"İsrailin yüksək vəzifəli rəsmiləri Amerika diplomatlarına bildiriblər ki, İsrailin xalq üsyanı çağırışlarına baxmayaraq, İran etirazçıları hökumətlərinə qarşı küçələrə çıxarsalar, öldürüləcəklər", - deyə Nəşr yazıb.

Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu bir müddət əvvəl İrana qarşı davam edən hərbi əməliyyatlar fonunda İran xalqına müraciət edərək onları Novruz bayramı münasibətilə təbrik etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31