Müctəba Xamenei atasının bütün kadrlarını öz vəzifələrində saxladı

İranın yeni ali lideri Müctəba Xamenei mərhum atasının təyin etdiyi bütün vəzifəli şəxslərin öz vəzifələrində qalacaqlarını və vəzifələrini yerinə yetirməyə davam edəcəklərini bildirən fərman imzalayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Müctəba Xameneinin sosial hesabında qeyd edilib.

"Əli Xamenei tərəfindən birbaşa təyin edilmiş bəzi qurum rəhbərlərinin və vəzifəli şəxslərin xahişinə cavab olaraq, bununla bildirirəm ki, hazırda onlardan heç birinin yenidən təyinat təsdiqinə ehtiyacı yoxdur və onlar bu böyük insanın sağlığında aldıqları təlimatlara əsasən işlərini davam etdirməlidirlər", - sitat gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31