Armen Qriqoryan: Avropalı rəsmilərlə Azərbaycanla sülh prosesi müzakirə edildi

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Şimali Avropa-Baltik Əməkdaşlıq formatına daxil olan ölkələrin Xarici İşlər Nazirliklərinin Şərqi Avropa departamentlərinin direktorlarından ibarət nümayəndə heyətini qəbul edib.

Olaylar.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

"İştirak edənlərin xahişi ilə Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün daha da institusionallaşdırılmasına yönəlmiş addımları və onların əhəmiyyətini təqdim etdim. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, nümayəndə heyətinin üzvləri regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəklədiklərini vurğuladılar. Görüş zamanı biz həmçinin regiondakı vəziyyəti və onun çərçivəsində təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik" - Qriqoryan qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31