Qara dəniz üzərində Britaniya kəşfiyyat təyyarəsi müşahidə edilib
19:08 DünyaBritaniya kəşfiyyat təyyarəsi hazırda Krım yarımadası yaxınlığında Qara dəniz üzərində uçur.
Olaylar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentliyin məlumatına görə, sözügedən təyyarə Boeing RC-135W Rivet Joint olub. O, Birləşmiş Krallıqdakı Waddington Hərbi Hava Qüvvələri Bazasından qalxıb, sonra Avropanı keçərək Rumıniyadan Qara dəniz üzərindəki hava məkanına daxil olub.
"Onun uçuş yolu Sevastopolun qarşısından keçir. Bu kəşfiyyat təyyarəsi müntəzəm olaraq Qara dəniz üzərində uçur" - məlumatda qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31