“Müctəbanın vəziyyəti getdikcə ağırlaşır, süni tənəffüs aparatına qoşulub”
16:59 Dünyaİranın yeni Ali rəhbəri Müctəba Xamenei hazırda xəstəxanadadır və süni tənəffüs aparatına qoşulub.
Olaylar.az xəbər verir ki, bu barədə "The Sun" mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, o, atası, keçmiş ali rəhbər Əli Xameneinin ölümü ilə nəticələnən hava hücumunda ağır yaralanıb. Bildirilib ki, Müctəba Xamenei komadadır, qaraciyəri və mədəsindən ciddi xəsarətlər alıb, bir ayağını itirmiş ola bilər.
Mənbə həmçinin iddia edib ki, vəziyyətində son günlərdə pisləşmə müşahidə olunur və İran liderinə həyat dəstək cihazları vasitəsilə dəstək verilir.
Həmçinin qeyd edilib ki, hücumda Xameneinin ailəsinin bir neçə üzvü öldürülüb, Müctəbanın durumu isə hələ də kritik olaraq qalır.
Nəşrin məlumatına görə, İranda ciddi təhlükəsizlik tədbirləri görülüb, ali lider dövlətə rəhbərlik edə bilmədiyi üçün ölkənin hərbi strukturları müvəqqəti olaraq vəziyyəti nəzarətdə saxlayır. Ölkədə idarəetmə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) keçib.
Nəşrin iddiasına görə, Müctəba Xamenei Tehrandakı Sina Universitetinin xəstəxanasında ola bilər. "O, çox ağır" vəziyyətdədir və Məhəmmədrza Zəfərcaninin nəzarəti altındadır", - mənbə deyib.
Zəfərcani İranın səhiyyə və tibbi təhsil naziri olmaqla yanaşı, ölkənin ən yaxşı travmatoloqlarından biridir.