Donald Trampın Çinə səfəri təxirə salına bilər
16:57 DünyaABŞ Prezidenti Donald Trampın martın sonunda Çinə gözlənilən səfəri təxirə salına bilər.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent məlumat verib.
Nazir CNBC-yə müsahibəsində ABŞ Prezidentinin Çinə səfərinin və bu ölkədən olan həmkarı Si Cinpinlə görüşünün təxirə salına biləcəyini söyləyib. Amma Bessent bunun Hörmüz boğazı ilə bağlı tərəflər arasındakı fikir ayrılıqları ilə bağlı olmadığını iddia edib.
Səfərin cədvəlinin dəyişdirilməsi ilə bağlı hansısa qərar logistika məsələləri və Donald Trampın İranla müharibə zamanı ABŞ-də qalıb-qalmamaq istəyi ilə bağlı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31