Orban müharibəyə görə Ukrayna və Avropanı ittiham etdi

Macarıstan Baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) ölkələrini Ukraynaya yardım göstərməklə müharibənin bitməsinə mane olmaqda ittiham edib.

Olaylar.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

Orbanın sözlərinə görə, müharibəni davam etdirmək istəyən Ukraynadır, bu da sülhə əsas maneələrdən biridir:

"Ukraynalıların bunu etmək hüquqları var. Bununla bütün Avropanı təhlükəyə atsalar da, bura onların ölkəsidir. Bu onların azadlıq uğrunda mübarizəsidir".

Baş nazir əlavə edib ki, daha böyük bir problem avropalıların bu məsələdə ukraynalıları dəstəkləməsidir:

"Avropalılar ukraynalıların arxasında durmasaydılar, müharibəni davam etdirə bilməzdilər. Danışıqlar, atəşkəs və sülh çoxdan baş verərdi. Əslində, Avropa hətta amerikalılara qarşı da müharibəni qızışdırırr. Başlarında ağıl olsaydı, sülh olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31