Rusiyalı filosof ölkədə bütün internetin söndürülməsini təklif edib
16:47 DünyaRusiyalı filosof və "Rus dünyası" konsepsiyasının ideoloqu Aleksandr Duqin Rusiyada bütün yay mövsümü ərzində internetin tamamilə söndürülməsini təklif edib.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə insanların "əsl insan həyatı" yaşamağa başlaması üçün bu zəruridir.
Onun fikrincə, yay aylarında internetdən imtina etmək, qışda isə yenidən onlayn rejimə qayıtmaq olar. Duqinin hesabına görə, dostlarla ünsiyyət üçün internet heç də vacib deyil: o alternativ kimi pəncərələrin altında fit çalmağı və skuter sürməyi təklif edir.
Keçən həftə filosof dövlətin cəmiyyət üzərində nəzarətini gücləndirməyi də təklif edib və rusiyalıları bunu qaçılmaz reallıq kimi qəbul etməyə çağırıb. Onun sözlərinə görə, belə nəzarətin xarici qüvvələr tərəfindən deyil, məhz öz dövləti tərəfindən həyata keçirilməsi daha yaxşıdır.
"Əgər bunu özünkülər etməsə, yadlar edəcək. Bəli, biz belə bir dünyada yaşayırıq, sizin üçün başqa dünya yoxdur",- deyə Duqin yazıb.