PUA hücumu BƏƏ-də yanğın səbəb olub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi hissəsində yerləşən Ümmül-Kayveyn əmirliyinin inzibati mərkəzindəki binalardan birində pilotsuz uçuş aparatının hücumu nəticəsində yanğın baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə əmirliyin administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"Binalardan biri PUA hücumuna məruz qalıb və nəticədə yanğın meydana gəlib", - deyə bildirilib.

Qeyd olunur ki, aidiyyəti qurumlar hadisənin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görür. Hadisə nəticəsində xəsarət alan olmayıb.

xxx
11:19

İrandan Birləşmiş Ərəb Əmirliklərinə buraxılmış ballistik raketlərdən biri paytaxt Əbu-Dabiyə düşərək bir nəfərin həyatına son qoyub.

Olaylar.az xəbər verir ki, bu barədə Əbu-Dabi Media Ofisi məlumat yayıb.

Qurumun məlumatına görə, raket mülki avtomobilə tuş gəlib və onu idarə edən şəxs əslən fələstinli olub. Təfərrüatlar açıqlanmayıb.

xxx
09:46

Birləşmiş Ərəb Əmirlikləri bu dəqiqələrdə İrandan buraxılmış raket və dron hücumuna məruz qalır.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"BƏƏ hava hücumlarından müdafiə qüvvələri hal-hazırda İrandan qaynaqlanan ballistic raket və dron təhdidlərinə cavab verməkdədir", -deyə qurumun rəsmi "X" səhifəsində qeyd olunur.

Bundan bir müddət əvvəl Dubay şəhərinin administrasiyası dron hücumu ilə əlaqəli incident nəticəsində aeroport yaxınlığında yanğının meydana gəldiyini və uçuşların müvəqqəti olaraq dayandırdıldığını elan etmişdi.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31