Tehranın sərt ismarıcı: "Bu müharibə düşmənin təcavüz fikrini birdəfəlik yox etməlidir" – ÖZƏL
15:04 Dünyaİranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrail ilə yaşanan hərbi gərginliklə bağlı strateji hədəflərini açıqlayıb.
Olaylar.az xəbər verir ki, SNN telekanalının məlumatına görə, nazir müharibənin tərəfdarı olmadıqlarını, lakin mövcud qarşıdurmanın İran üçün həlledici sonluqla bitməli olduğunu vurğulayıb.
Abbas Əraqçi qeyd edib ki, İranın hazırkı məqamda sadəcə "atəşkəs" istəməməsi onun müharibəyə can atması mənasına gəlmir. Nazirin sözlərinə görə, əsas hədəf müharibəni elə bir nəticə ilə bitirməkdir ki, düşmən tərəflər bir daha İrana qarşı təcavüz barədə düşünməyə belə cürət etməsinlər.
Tehran rəsmisi bu yanaşmanın gələcəkdə regionda İranın suverenliyinə qarşı yönələ biləcək istənilən hücumun qarşısını birdəfəlik almaq məqsədi daşıdığını bildirib.