Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hazırdır

Ermənistanın yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır və onun hakim Vətəndaş Müqaviləsi Partiyasının Rəyasət Heyətinin iclasında, həmçinin eyni adlı parlament fraksiyasında müzakirə olunması planlaşdırılır.

Olaylar.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Respublikasının ədliyyə naziri Srbui Qalyan bildirib.

"Konstitusiya islahatları üzrə şura çox fəal işləyir. Biz hər həftə iclaslar keçiririk. Söz verdiyim kimi, mətn hazırdır. Lakin onun dərc olunması ilə bağlı hələlik yenilik yoxdur, çünki qərara alınıb ki, mətn əvvəlcə Vətəndaş Müqaviləsi partiyasının Rəyasət Heyətində və parlament fraksiyasında müzakirə edilsin. Bundan sonra mətnin dərc olunması barədə qərar qəbul ediləcək", - deyə nazir bildirib.

O qeyd edib ki, Ermənistan Respublikasının yeni Konstitusiya layihəsinin konseptual müddəaları daha əvvəl hazırlanıb və mətn də məhz həmin müddəalar əsasında tərtib olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31