Rusiya: BMT Təhlükəsizlik Şurası ABŞ təzyiqi altında İrana qarşı birtərəfli qərar qəbul etdi- ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Birləşmiş Ştatların təzyiqi altında BMT Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyəti Rusiyanın balanslaşdırılmış İran planını rədd edərək, Yaxın Şərq böhranının əsl səbəblərini nəzərə almayan birtərəfli qərar qəbul edib. Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov bu açıqlamanı Moskva Dövlət Universitetində keçirilən BMT Modeli konfransında verib. O bildirib ki, "Gəlin bəzi şeyləri öz adları ilə adlandıraq.  BMT-də funksional böhran Qərb azlığının təşkilatı öz maraqları üçün istifadə etmə cəhdləri ilə yaranıb. Yaxşı nümunə 11 mart tarixində Təhlükəsizlik Şurasında İrana dair müzakirələrdir. ABŞ təzyiqi altında şuranın çoxluğu, siyasi-diplomatik tənzimləməyə yönəlmiş Rusiya layihəsi yerinə, böhranın əsl səbəblərini nəzərə almayan birtərəfli "məhsul"u seçdi."
Loqvinov həmçinin vurğulayıb ki, belə yanaşma beynəlxalq təşkilatların əsas funksiyalarını zəiflədir və Yaxın Şərqdə davam edən böhranlara konstruktiv həll yollarını çətinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31