Ekspert: İran ABŞ-ı amansız və uzunmüddətli müharibəyə sürükləyə bilər- ÖZƏL
13:15 DünyaTunisli hərbi ekspert Əbdül Həmid Məhfuzi hesab edir ki, İran ABŞ-ı və onun müttəfiqlərini uzunmüddətli və tükəndirici müharibəyə cəlb etmək potensialına malikdir. Olaylar.az xəbər verir ki, o, bu barədə TASS agentliyinə açıqlamasında danışıb.
Ekspertin sözlərinə görə, İranın strategiyası birbaşa ənənəvi hərbi toqquşmaya əsaslanmır. Əksinə, rəsmi Tehran daha çox "tükəndirmə strategiyası"ndan istifadə edir. Bu yanaşmanın əsas məqsədi münaqişəni uzatmaq və rəqiblər üçün müharibənin iqtisadi və hərbi xərclərini artırmaqdır.
Məhfuzi qeyd edib ki, belə bir strategiya xüsusilə qlobal iqtisadiyyata, o cümlədən neft bazarına ciddi təsir göstərə bilər. Onun fikrincə, İran raketlərinin nisbətən ucuz olması, əksinə, onları zərərsizləşdirmək üçün istifadə olunan raketlərin çox baha başa gəlməsi uzunmüddətli qarşıdurmada mühüm rol oynaya bilər. Ekspert əlavə edib ki, regionda bir neçə cəbhədə davam edən müharibə şəraitində İran texnika və canlı qüvvənin tükənməsinə əsaslanan təhlükəli balans yarada bilər. Onun sözlərinə görə, belə bir ssenari müəyyən mənada Vyetnam müharibəsinin modelini xatırlada bilər.