Sergey Lavrov: Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin qorunması qlobal sabitlik üçün prioritetdir ÖZƏL

Rusiya üçün Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) qorunması qlobal strateji sabitliyin təmin edilməsinin vacib elementlərindən biri hesab olunur. Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə silahlarının yayılmamasına həsr olunmuş Moskva konfransının iştirakçılarına videomüraciətində bildirib. Nazir xatırladıb ki, hazırkı görüş müqavilənin icrasının nəzərdən keçirilməsinə həsr olunmuş 11-ci konfrans ərəfəsində keçirilir. Onun sözlərinə görə, əvvəlki iki icmal dövründə-2015 və 2022-ci illərdə yekun sənədlər qəbul edilməyib. Lavrov vurğulayıb ki, hazırda əsas vəzifə müqavilənin qlobal strateji sabitliyin qorunmasında mühüm rolunu saxlamaqdır. O qeyd edib ki, müqavilə üzrə öhdəliklərin bütün iştirakçı dövlətlər tərəfindən yerinə yetirilməsi vacibdir. Onun sözlərinə görə, bu məsuliyyət həm nüvə silahına malik olmayan ölkələrə, həm də xüsusilə nüvə dövlətlərinə aiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31