ABŞ dəniz piyadalarının  Yaxın Şərqə göndərilməsi nəyə hesablanıb?- ÖZƏL


"ABŞ-ın Yaponiyada yerləşən ekspedisiya dəniz piyada dəstəsini Yaxın Şərqə yerləşdirməsi İranın Qeşm və Xark adalarını ələ keçirmək əməliyyatına hazırlıq ola bilər. Bu fikri Meykai Universitetinin professoru, Yaponiya Beynəlxalq Problemlər İnstitutunun elmi işçisi Tetsuo Kotani səsləndirib". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "31-ci Dəniz Piyada Ekspedisiya Korpusu Okinavadandan Yaxın Şərqə yola düşür. Ehtimal edilən məqsəd Hörmüz boğazında yerləşən Qeşm adasını və Fars körfəzindəki Xark adasını ələ keçirməkdir" - deyə  o, X sosial şəbəkəsindəki  səhifəsində yazıb. Onun fikrincə, "bu addım Hörmüz boğazında gəmilərin müşayiətini təmin edəcək quru əməliyyatı ehtimalını artırır" və həmçinin İrana "iqtisadi təzyiq" göstərəcək. Uzunluğu 8 km, eni 4 km olan mikroskopik mərcan adası Xark nə üçün bu qədər vacibdir?
Xark İran iqtisadiyyatını qidalandıran qan dövranı sisteminin mərkəzi və eyni zamanda Trampın nifrət etdiyi İran rejiminin Axilles dabanıdır. Oradakı neft terminalı hələ İslam inqilabından əvvəl 1960-cı illərdə Amerika Amoco şirkəti tərəfindən tikilib, çünki İran sahillərində su dayazdır və sahildəki limanlar böyük tankerləri qəbul edə bilmirdi.
Ekspertlərin sözlərinə görə, neft obyektlərinin dağıdılması və ya adanın işğalı İranı yaşayış vasitələrindən məhrum edəcək, lakin bu, müharibənin geniş miqyaslı eskalasiyasına səbəb olacaq, çünki bir tərəfdən bu, şübhəsiz ki, Amerika əsgərlərinin İrana göndərilməsini tələb edəcək, digər tərəfdən isə İrana Fars körfəzi ölkələrinin yataqlarını, zavodlarını və limanlarını bombalamaq üçün bəhanə verəcək ki, bu da aylarla, hətta illərlə davam edə biləcək qlobal miqyaslı iqtisadi böhranla nəticələnə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31