ABŞ müttəfiqlərini Hörmüz boğazına hərbi gəmilər göndərməyə razı salmaqda çətinlik çəkə bilər- ÖZƏL

ABŞ-ın Asiyadakı müttəfiqlərini Hörmüz boğazında tankerləri müşayiət etmək üçün hərbi gəmilər göndərməyə razı salması çətin ola bilər. Olaylar.az xəbər verir ki, bu barədə CNN telekanalına açıqlamasında S. Rajaratnam School of International Studies (Sinqapur Beynəlxalq Araşdırmalar Məktəbi) tədqiqatçısı Collin Koh bildirib. Ekspertin sözlərinə görə, Yaponiya və Cənubi Koreyanın mina əleyhinə mübarizə aparmaq üçün xüsusi gəmiləri mövcud olsa da, onların silahlanması esmines və freqatlarla müqayisədə daha zəifdir. Buna görə də belə gəmilərin bölgəyə göndərilməsi əlavə mühafizə qüvvələrinin ayrılmasını tələb edəcək.
Kollin Koh qeyd edib ki, bu isə ABŞ müttəfiqlərinin hərbi öhdəliklərinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb ola bilər. Bu səbəbdən Vaşinqtonun regiondakı tərəfdaşlarını belə bir missiyada iştirak etməyə razı salması asan olmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31