Gürcüstan müxalifəti siyasi böhranın dialoq yolu ilə həllini təklif edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanda "Lelo - Güclü Gürcüstan" partiyasının baş katibi İrakli Kupradze ölkədə davam edən siyasi böhranın yalnız dialoq yolu ilə həll oluna biləcəyini bildirib. O, jurnalistlərə açıqlamasında böhranın həlli üçün iki əsas məsələnin müzakirə olunmalı olduğunu deyib: yeni və ədalətli parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad olunması.

Kupradzenin sözlərinə görə, uzun illərdir davam edən siyasi böhran vətəndaş cəmiyyətinə, Gürcüstanın milli maraqlarına və müstəqil mediaya ciddi zərər vurub. O həmçinin qeyd edib ki, mövcud vəziyyət yeni repressiv qanunların qəbuluna da səbəb olub.

Müxalifət nümayəndəsi vurğulayıb ki, böhranın aradan qaldırılması üçün məsuliyyət hakimiyyətdə olan "Gürcü Arzusu" partiyasının və onun lideri Bidzina İvanişvilinin üzərinə düşür. Bununla yanaşı, müxalifət siyasi, milli və vətənpərvərlik məsuliyyəti ilə dialoqa hazır olduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31