ABŞ-İran müharibəsinin taleyi bu adadan asılıdır – Qreham nəyə eyham etdi?
20:47 Dünya"Trampın İranın əsas enerji mərkəzlərindən biri hesab olunanXark adası ətrafında müharibə əməliyyatlarını genişləndirmək qərarı zəruri və cəsarətli addımdır".
Globalinfo.az xəbər verir ki, bunu amerkalı senator Lindsey Qreham deyib.
Senator bildirib ki, bu addım müharibənin müddətini qısalda və münaqişənin gedişinə ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı rəqib tərəf nadir hallarda belə strateji və vahid hədəf təqdim edir.
Qreham əlavə edib ki, əgər İran Xark adası üzərində nəzarəti və ya burada yerləşən neft infrastrukturunu idarə etmək imkanını itirsə, bu, ölkənin iqtisadiyyatı üçün dağıdıcı nəticələrə səbəb olacaq.
"Bu ada üzərində kim nəzarəti ələ alsa, müharibənin taleyini o müəyyənləşdirəcək", - deyə senator vurğulayıb.
Qeyd edək ki, Xark adası İranın neft ixracının böyük hissəsinin həyata keçirildiyi strateji enerji mərkəzlərindən biri hesab olunur.