Dubay yıxıldı: əmlak su qiymətinə, varlılar şəhərdən 1,2 trilyon dollar çıxardılar

İnvestorlar kapitallarını Sinqapurla Honkonqa köçürür, avropalılar isə Türkiyə, Tayland və Kipr kimi alternativlərə üz tuturlar

Dubayda daşınmaz əmlak 2026-cı ildə dəyərinin 70%-ə qədərini itirə bilər.

Musavat.com ruinformer.com-a istinadən xəbər verir ki, Dubay daşınmaz əmlak "balonu" artıq tam və geri dönməz şəkildə partlayıb.

Son beş gün ərzində Dubayın daşınmaz əmlak birja indeksi 20% düşərək 2025-ci ildə əldə olunan bütün artımı silib. Sayt yazır ki, bu dramatik ifadələrin arxasında isə təkcə Birləşiş Ərəb Əmirliklərin daşınmaz əmlak bazarını deyil, həm də qlobal kapitalın coğrafiyasını dəyişdirən bir böhran kimi qiymətləndirir.

Əmlak sahibləri üçün əsas problem ondadır ki, Dubayda 20%-lik endirim belə alıcıları cəlb etmir. Tələb demək olar ki, yoxdur. Heç kim yaxın aylarda daha 30-50% dəyər itirə biləcək əmlakları almaq istəmir. Bu, düşən bazarın klassik tələsidir: qiymət nə qədər düşürsə, alıcılar bir o qədər azalır, çünki hamı "dibi" gözləyir.

20%-lik endirim istənilən bazar üçün böyük güzəştdir. Amma investorlar gələcəkdə qiymətlərin 50-70% düşəcəyini proqnozlaşdıranda, 20%-lik endirim belə tələ kimi görünür.

Daşınmaz əmlak bazarı üzrə ekspertlərin çoxu belə hesab edir ki, İranla münaqişə uzanarsa və BƏƏ ərazisinə zərbələr davam edərsə, Dubayda qiymətlər 2026-cı ilin yayına qədər ən azı 50% düşə bilər. Müharibə yarım il və ya daha çox davam edərsə, düşüş 60-70%-ə çata bilər - 2008-2009-cu illərdə olduğu kimi- amma bu dəfə sürətli bərpa olmadan.

2008-2009-cu illərlə müqayisə maraqlıdır: o vaxt Dubay böyük çöküş yaşadı, lakin sonradan bərpa olundu. Buna səbəb neft pulları, dövlət dəstəyi və qlobal iqtisadi artım idi. Bu gün isə vəziyyət fərqlidir: geosiyasi gərginlik müvəqqəti deyil, böhran xarakterlidir. Bərpa üçün sabitlik lazımdır, amma hazırda belə sabitlik vəd edən yoxdur.

Bildirilir ki, Dubay artıq demək olar ki, boşalıb. Küçələr, ticarət mərkəzləri, restoranlar, çimərliklər - hər yerdə boşluq hiss olunur. Şəhəri ilk tərk edənlər pul sahibi insanlar oldu.

Şərqi Asiyadan olan investorlar kapitallarını Sinqapur və Honkonqa köçürür. Avropalılar və ruslar isə Türkiyə, Tayland və Kipr kimi alternativlərə üz tuturlar.

Bu vəziyyət sadəcə iqtisadi geriləmə deyil, sosial böhran təsviri yaradır. Təkcə investorlar yox, xidmət sektoru da şəhəri tərk edəndə bu o deməkdir ki, iqtisadiyyat kritik kütləsini itirir. Birjanın 20% düşməsi maliyyə göstəricisidir. Boş küçələr isə ondan daha qorxulu sosial göstəricidir.

İnvestorlar aktivlərini bazar qiymətindən aşağı satmağa başlayıblar. Çıxarılan kapitalın həcmi artıq 1,2 trilyon dollar qiymətləndirilir.

Müqayisə üçün: 2025-ci ildə Rusiyanın ÜDM-i təxminən 2 trilyon dollar olub. Yəni bir şəhərdən çıxarılan kapital bu rəqəmin 60%-inə bərabərdir.

Hörmüz boğazının bağlanması riski, logistika problemləri və ərzaq çatışmazlığı təhlükəsi Dubayı yüksək risk zonasına çevirib. Dünya neftinin 20-30%-i məhz bu boğazdan keçir. Əgər bu arteriya bağlanarsa, bu təkcə BƏƏ üçün deyil, bütün dünya iqtisadiyyatı üçün şok olar.Dubay isə xüsusilə həssasdır: şəhər demək olar ki, bütün ərzaq və malları idxal edir. Logistika dayanarsa, şəhərin normal fəaliyyəti çətinləşir.

Münaqişə tez bitsə belə, Dubay əvvəlki səviyyəyə qayıtmaqda çətinlik çəkə bilər. Şəhər İran və Səudiyyə Ərəbistanı arasında, dünyanın ən həssas dəniz keçidlərindən birinə yaxın yerləşir.

İnvestorların uzun illər inandığı "əbədi sabitlik" və "təhlükəsiz liman" imici bir neçə gün ərzində sarsılıb. Bu reputasiya onilliklər ərzində qurulmuş qeyri-maddi aktiv idi. Onu dağıtmaq bir neçə gün çəkə bilər, bərpa etmək isə bəzən onilliklər tələb edir.

Dubayı sanksiyalardan və böhranlardan qaçış yeri kimi görən ruslar bu dəfə də uduzdular. Sabit dövrlərdə belə sistemlər sürətli inkişaf və aşağı vergilər yaradır. Amma böhran zamanı investorların hüquqlarını qoruyan güclü institutlar olmayanda kapital daha təhlükəsiz ölkələrə köçür.

Hörmüz boğazı təhlükədən çıxmayınca və investorların etimadı bərpa olunmayınca, Dubay bazarının əvvəlki gücünə qayıtması çətin görünür.

Hazırda isə mənzərə belə təsvir olunur: boş göydələnlər, boş çimərliklər və bir vaxtlar "Dubay möcüzəsi" adlandırılan modelin ağır sınağı...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31