Bu FOTOdakı şəxslərin hamısı ölüdür

Zaman-zaman ABŞ tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İranın bir sıra yüksək rütbəli hərbi və dini rəsmiləri öldürülüb.

Ölən şəxslər arasında Ayətullah Seyid Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlı qüvvələrinin rəhbəri general Qasım Süleymani və digər rəhbər şəxslər var.

Maraqlısı budur ki, İran mediasında yayımlanan bir foto dünyanın diqqətini çəkib. Belə ki, görüntüdə ölkənin hərbi rəhbərliyinə daxil olduğu bildirilən şəxslər yer alır. Lakin onların hər biri Amerikanın hücumu nəticəsində müxtəlif zamanlarda həyatlarını itiriblər.

Fotoya qoyulan başlıq isə maraq doğurub. Belə ki, farsca yazılmış sözlərin tərcüməsi - "Bu şəkildən yalnız ağaclar sağ qalıb" cümləsidir. Söhbət arxa fondakı ağaclardan getsə də, bir çox istifadəçi ağacın Əli Xameneinin əlindəki əsa olduğunu bildirib. /"Unikal"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31