Laricani Xameneinin “yerini” ABŞ-a dedi

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani  ABŞ-ın müharibə naziri Pit Heqsetin İranın Ali Rəhbəri Müctəba Xamenei barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Cənab Heqset, liderlərimiz bütün bu illər ərzində xalqın arasında olub və olmaqdadır, sizin liderləriniz isə Epşteyn adasındadır!", - deyə Laricani  bildirib.

Heqset daha əvvəl "X" hesabında yazıb ki, İranın rəhbərliyi yaxşı vəziyyətdə deyil, ümidsiz və yer altında gizlənmiş haldadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31