İsrail ordusu Tehranda “Bəsic” üzvlərini öldürdüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələri (IDF) paytaxt Tehranda yerləşən nəzarət-buraxılış məntəqələrində xidmət aparan İranın "Bəsic" yarımhərbi qüvvələrinin əlavə üzvlərinin öldürüldüyünü bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki,

Ordunun məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Tehranda "Bəsic" qüvvələri tərəfindən qurulmuş bir neçə nəzarət-buraxılış məntəqəsinə zərbələr endirib və nəticədə qüvvələrin bir neçə üzvü ölüb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

 

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31